вторник, 24 июля 2018 г.

GÜNƏBAXAN ƏKİNİ




Günəbaxanın ekoloji istəkləri
İstilik istəyi:
Günəbaxan bitkisinin qüvvətli və dərinlərə gedə bilən kök sistemi səbəbi ilə qurağa nisbətən dayanıqlı bitkidir.Subtropik və mülayim iqlim olan bölgələrimizdə yetişir. Vegetasiya dövrü (80-130 gün) boyunca ümumi istilik ehtiyacı 2600-2850 C-dir. Cücərmə dönəmində ən aşağı olaraq 4-5 C, torpaqdan çıxdığı vaxtda 8-10 C, optimal olaraq isə 12-14 C istlik gərəklidir. İnkişaf dönəmində 30 C-nin üzərində olan istilik dərəcələri böyüməyə mane törətməkdə, 40 C-nin üzərində isə polenlər, ümumiyyətlə tozlanma ya zəif olur ya da heç olmur. Yazın gec donlarına qarşı çox həssas deyil. Gənc bitkilər donmağa qarşı dayanıqlıdırlar. Torpaqdan yeni çıxmış bitkilər(kotiledon)  -5 C donda canlı qalabilirlər. Günəşli, isti və yetişmə periyodunda aylıq istilik ortalaması 25 C olan yerlərdə daha yaxşı inkişaf etməkdədir.
Torpaq və su istəyi: Günəbaxan inkişaf etmiş kök sistemi ilə 3 m dərindəki sudan istifadə edə bilir. İnkişaf dönəmində bir günəbaxan bitkisi ortalama 200 ltr su istifadə edir. Qurağa qarşı yüksək dərəcədə müqaviməti olmasına baxmayaraq, quraqlığın uzun müddət davam etməsi halında tabaqlar balaca qalır, toxum bağlama aşağı səviyyəyə düşür və məhsuldarlıq azalır. Günəbaxan işığı və günəşi sevən bir bitki olaraq günəş enerjisinə tələbatı çoxdur, kölgəni sevməz. Günəbaxan çox ağır və qumlu torpaqlar xaric, ağır gilli torpaqlardan yüngül qumlu torpaqlara, az asitli torpaqlardan qələvi torpaqlara qədər geniş əhatədə yetişən bir bitkidir. Organik maddələri zəngin, püşlü, su saxlama qabiliyyəti yaxşı torpaqlarda ən yaxşı şəkildə yetişməkdədir. İdael torpaq pH-ı 6-7-dir. Günəbaxanın soya,qarğıdalı, çəltik, kətan və lobyadan duzluluğa qarşı müqaviməti yüksəkdir. Duzlu torpaqlarda yetişdirmək olur.

Torpaq hazırlığı
Birinci məhsul üçün torpaq hazırlığı:
Torpaq hazırlığına payızda biçindən sonra başlanılır. Tarla kotanla 20-25 sm dərinlikdə əkilir. Ancaq hər il belə dərin şum yerinə, dəyişən dərinlikdə ediləcək şum maliyyəti aşağı salmaqla yanaşı şum altı bərk təbəqənin əmələ gəlməsinin qarşısını alacaqdır. Torpağın qışdan şumlanması su alma qabiliyyətini artırar, donma və yuyulmalarla torpağın fiziki özəllikləri yaxşılaşdırar. İlk şumdan sonra payız yağışları səbəbiylə tarlada otların inkişafı başlayarsa qış başlamadan öncə torpaq qazayağı ilə 10-15 sm dərinlikdə işlənərək otların dərinə basdırılması işi görülür. Yazda dərin torpaq əkimi aparılmamalıdır, torpaq incəldikdən sonra sərtləşməsinin qarşısını almaq üçün üzdən diskli mala ilə torpağın işlənilməsi lazımdır. Bunları elədikdə həm torpağın altdan yarılaraq işlənməsi, parçalanması həm də müəyyən bir səviyyədə sahənin düzlənməsi mümkün olacaqdır.
İkinci məhsul üçün torpaq hazırlığı: Kanola, arpa və buğda biçinindən sonra bitki qalıqları yandırılmamalıdır. Əkin sapları mümkün qədər dibdən kəsilmiş, saman və alaq otları dırmıqla uzaqlaşdırılmış olan tarlada sulamaq üçün şırımlar açılaraq sahənin hər bir hissəsi yetərincə sulanmalıdır. Havanın istiliyindən asılı olaraq 4-5 gün ərzində hazırlanmış torpaq 18-20 sm dərinliyində diskli mala ilə işlənilir. Daha sonra dırmıq və mala ilə torpaq səpinə hazırlanır.
Gübrələmə: Torpağın orqanik quruluşunu düzəltmək və yüksək məhsuldarlıq üçün heyvan gübrəsi də işlətmək yaxşı nəticələr verir. Bunun üçün payızda hektara 30-40 ton heyvan gübrəsi verilməsi uyğundur. 
Əkimdə toxumla birlikdə hektara torpağın tələbinə görə 150-300 kq NPK 16/16/16 işlədilir. Bitkilər 30-35 sm boya çatanda qazayaqlı kultivatorla kultivasiyada edilir və kultivasiya ilə birlikdə torpağın tələbinə görə 100-200 kq Karbomid işlədilir.  Daha sonra dibdoldurma edilir. (karbomid tətbiqini iki hissəyə bölüb kultivasiyada 100kq, dibdoldurmada 100 kq işlətmək olur)
Əkim: Günəbaxan əkimi geniş bir zaman periodu içərisində olunur. Ancaq birinci məhsul əkimi zamanını torpağın istiliyi və torpağın əkin üçün hazır olması şərtləri təyin edir. Buna görə mart ayı ortalarından iyul ayının ortalarına kimi qədər günəbaxan əkimi mümkündür. Yaxşı bir səpin üçün toxum yatağı kifayət qədər rütubətə sahib olmalı, torpaq yaxşı işlənmiş olmalı, çox qabarıq olmamalı, bitki artıqları və alaq otları təmizlənmiş olmalıdır. Əkim dərinliyi 3-4 sm-dir. Torpağı vəziyyətindən asılı olaraq 7-8 sm dərinliyə də əkilə bilər. Ancaq lazımı dərinlikdən çox olan əkimlərdə torpaqdan çıxış vaxtında olmayacağı üçün bitkilərin inkişafı dalğalı olur. Əkim pambıq və qarğıdalı mibzəri ilə aparıla bilər. 70 sm cərgə arası əkimlərdə əkim sıxlığı quraq şərtlərdə yağlıq çeşidlərdə 30 sm, sulanan yerlərdə 26 sm, çərəzliklərdə 40 sm olaraq bitki arası məsafə tövsiyyə olunur. Lazımı miqdardan çox sıx əkimlər, zəif bitki inkişafına, yüksək faizdə yatmağına görə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Günəbaxan əkimində sırların külək istiqamətinə paralel olmasına diqqət yetirilməlidir.

Alaq otlarına qarşı mübarizə
Alaq otlarıyla mübarizədə ən təsirli yol torpağın düzgün işlənməsi yoludur. Bitkilər 10-15 sm boyuna çatanda  sıra arası frezerli kultivator ilə kultivasiya olunur. Bu iş bitkilərin kök, gövdə və yarpaqlarına zərər verməyəcək şəkildə olunmalıdır.Həm də torpaq üzərində işlənmiş təbəqə torpağın çatlayıb dərindəki suyun buxarlaşaraq çıxmasının qarşısını alır. Günəbaxan bitkisi çıxışdan 3-5 yarpaqlı ikən həm enliyarpaqlı həm də daryarpaqlı alaqlar üçün herbisidlər qarışdırılaraq sahəyə dərman səpənlə (traktora qoşulan aqreqatla) tətbiq edilir
Sulama
Günəbaxan quru şərtlərdə yetişə bilən bitkidir. Çiçəklənmə dövründə yüksək istiliklərin əmələ gətirə biləcək zərələrin qarşısını almaq üçün tabaq əmələ gəlmə dövründə ediləcək suvarma böyük əhəmiyyət daşımaqdadır. Suvarma şırımla, salma ya da yağış üsulu  ilə edilir. Anca xəstəliklərin geniş olduğu yerlərdə və çiçəklənmə dövrü boyunca yağış üsulu edilməməlidir.
Zərəvericilərə qarşı mübarizə Zərərvericiləri bozqurd, tel qurdu,qayçılı böcək  gənc bitkilərin tələf olmasına səbəb olur və tarlada boş ərazilər meydana gələməsi ilə nəticələnir. Zərərvericilərə qarşı insektisidlər işlədilir. Quşların zərərini ən aza endirmək üçün geniş sahələrdə və ağaclar az olan ərazidə əkilməsi tövsiyyə edilir. Balakən Toxum MMC-nin təqdim etdiyi sortların tabağı əyik olduğu üçün quş zərəri minumum səviyyədədir.
Yığım və saxlama
Biçin bitkinin dənlərində rütubət 15% -dən aşağı olan zaman və kombaynla edilir. Anbar yığımında məhsulun rütubəti 8-9%-i, hündürlüyü 1-1.5 metri keçməməsi məsləhətdir.
Günəbaxanda arının əhəmiyyəti: Günəbaxanda tozlanmanın tam olmağı üçün böcəklərə xüsusən də arılara ehtiyacı var. Edilən tədqiqatlar nəticəsində arı ilə edilən istehsallarda arısız istehsala görə 70%-ə qədər artım müşahidə edilmişdir.
Etibarlı toxumlar üçün Balakən Toxum MMC yə müraciət edin. 

SOYA ƏKİNİ


Soya bitkisi qida dəyəri çox yüksək olan isti iqlim bitkisidir. Toxumlarında 18-24% yağ və 30-40% protein olur. Həm insan qidasında həm də heyvan bəslənməsində istifadə olunur.
İqlim və torpaq istəyi
Yetişmə dönəmi boyunca 2400-3000 C istilik tələbi var. Cücərmə üçün ən azı 8-10 C lik bir torpaq istiliyi vacibdir. İnkişaf etdikcə, istiliyin 16-30 C arasında olması lazımdır. Torpaq baxımından özəl bir seçiciliyi yoxdur. Yüksək məhsuldarlıq üçün gilli, gilli-qumlu, orta-ağır, tez isinən, püşlə zəngin və yaxşı torpaqlara ehtiyacı var. Torpağın pH dərəcəsi 4-ün üzərində olmalıdır, neytral torpaqlar soya üçün uyğundur.
Relyefin hazırlanması
Relyef traktora qoşulan lazerli alətlə düzəldilməlidir. Hündür çökək olan ərazilərdə sular çökək yerlərə yığılaraq həmin yerdə olan bitkilərin kökünün inkişafına mane olur və inkişafını ləngidir, məhsuldarlığı aşağı salır hətta bitkinin məhv olmasına səbəb olur.
Torpaq hazırlığı                                                                                                                                                                                 
Soya əkiləcək tarla əkimdən öncə kotanla 20-25 sm dərinlikdə şumlanır. Bundan sonra şum  diskli mala ilə parçalanır, ardından dırmıqla malalanır. Hər cür torpaq işlənməsi torpağın incəlməsinə qədər edilməlidir iri torpaq hissəcikləri qalmamalıdır. Torpaq hazırlanarkən çox nəmli və ya çox quru olmamalıdır. Toxum yatağı incə torpaqlı olmalı və torpaq üzərindən 2-6 sm dərinliyə qədər sıxışdırılmalıdır. İkinci məhsul üçün olunacaq əkimlərdə arpa və ya buğda biçimindən dərhal sonra tarla sulanmalıdır və torpaq incələnə qədər işlənməlidir.
Əkim vaxtı
Soya yaxşı hazırlanmış bir toxum yatağına 2-3 sm dərinlikdə əkilməlidir. Hektara(350-450 min ədəd) toxumun dən ağırlığında asılı olaraq 80 kq – 50 kq arası toxum işlədilir. Sıra arası və bitki arası məsafələr 70*3, 60*4 və ya 50*5 sm olur. Əgər alətlərlə işləmək çətinlik törətmirsə sıra arası 40-45 sm bitki arası 5-6 sm olur. Azərbaycanda daha çox 70 sm cərgə arası və 3-4 sm bitki arası məsafə ideal sayılır.
Sulama
Soya yetişmə dönəmi boyunca 3-4 dəfə sulanmalıdır. Bitki boyu 8-10 sm olanda ilk sulama olunmalıdır. Çiçəklənmə başlanğıcı və paxla əmələ gəlmə dönəmləri soya bitkisinin ən çox su istədiyi dövrdür.
Gübrələmə
Soya paxlalı bitki olduğu üçün soyanın özəl bakteriyaları havadakı azotu yarpaqları vasitəsi kökə bağlayır. Soya bir tarlaya ilk dəfə əkilirsə torpağın vəya toxumun özəl soya bakteriyası ilə aşılanması lazımdır. (100kq tohuma 1kq bakteriya) Əkimdə toxumla birlikdə hektara torpağın tələbinə görə 150-300 kq NPK 16/16/16 işlədilir. Kultivasiyada isə torpağın tələbinə görə 100-200 kq Karbomid işlədilir.
Alaq otlarına qarşı mübarizə
Alaq otlarıyla mübarizədə ən təsirli yol torpağın düzgün işlənməsi yoludur. Bitkilər 10-15 sm boyuna çatanda  sıra arası frezerli kultivator ilə kultivasiya olunur. Bu iş bitkilərin kök, gövdə və yarpaqlarına zərər verməyəcək şəkildə olunmalıdır.Həm də torpaq üzərində işlənmiş təbəqə torpağın çatlayıb dərindəki suyun buxarlaşaraq çıxmasının qarşısını alır. Soya bitkisi çıxışdan sonra alaq otları 3-5 yarpaqlı ikən quizalofop-p-ethyl və imazamox tərkibli herbisidlər qarışdırılaraq sahəyə dərman səpən traktora qoşulan aqreqatla tətbiq edilir.
Xəstəlik və zərərvericilərə qarşı mübarizə
Nematod, mildiyö və viruslar bu bitkiyə zərər verə bilir. Zərərvericiləri ağ milçək, qırmızı hörümçək, yaşıl qurd, və pis iyli yaşıl(boz) böcək  soyanın vegetasiya dövrünü uzatmaqla yanaşı məhsuldarlığa mənfi təsir edir. Zərərvericilərə qarşı deltametrin, cypermetrin, alphacypermetrin tərkibli dərmanlar işlədilir.
Yığım və saxlama
Bitkinin tamam saralaraq yarpaqların tökülməyə başladığı və paxlaların da quruyaraq dənlərin sərtləşdiyi dönəmdə biçin edilir. Biçin 13% nəmlilikdə və kombaynla edilir. Anbar yığımının qalınlığı 1 metri keçməməsi məsləhətdir. Soya dənlərinin tərkibində yağ da olduğuna görə istilik 15-20 C, hava nəmi də 50% olmalıdır.
Etibarlı toxum üçün Balakən Toxum MMC yə müraciət edin. 

QARĞIDALI ƏKİNİ


Relyefin hazırlanması
Relyef traktora qoşulan lazerli alətlə düzəldilməlidir. Hündür çökək olan ərazilərdə sular çökək yerlərə yığılaraq həmin yerdə olan bitkilərin kökünü zəiflədir və inkişafını ləngidir, məhsuldarlığı aşağı salır.
Torpaq hazırlığı                                                                                                                                                                                
İlkin şumlama qazon yatağını parçalamaq, köhnə kökləri torpağa qarışdırmaq, alaq otlarını yox etmək və sərt təbəqəni parçalayıb dib sularından bitkinin istifadəsini asanlaşdırmaq üçün edilir.
İlk şumda qulaqlı kotan, çizel kotan və diskli kotan kimi alətlərdən istifadə edilir. Azərbaycanda çox az işlədilən ancaq çox faydalı  kənd təsərrüfatı texnikası olan dib qıran sərt təbəqəni parçalamaq üçün işlədilməlidir.
İkinci mərhələdə(mala) kotanlı şumdan sonra toxum əkiminə qədər olan bütün işləri əhatə edir. Mala toxum yatağını basdırmaq, boşaltmaq və ya incəltmək, bitki qalıqlarını kəsmək və alaq otlarını yox etmək kimi məqsədlər üçün edilir.
Malalama mərhələsində mala, diskli mala, yaylı kultivator, tarla kultivatoru, dişli dırmıq, hamarlayıcı və mərdanə kimi alətlər işlədilir. 



Əkim
Əkim dövrü
: Ümumi olaraq əkim vaxtı əkiləcək yerin yüksəkliyinə görə dəyişməkdədir.  Ölkəmizin aran rayonlarında ən uyğun əkim vaxtı aprel ayının əvvəlləridir. Dağlıq və dağətəyi kimi yüksək ərazilərdə isə bir az gec tarixlərdə aprel ayının ortalarından başlayaraq əkim məsləhət görülür. Hər gün səhər gün çıxdıqdan 1 saat ərzində torpaq tempraturu yoxlanılır. Torpaq tempraturu 3 gün üst-üstə +10C üzərində olarsa səpinə başlamaq olar. Erkən əkimin məhsuldarlığı yüksək olur, ancaq əkim zamanı bəzi tədbirlərin görülməsi zəruridir.
Əkim dərinliyi: Qarğıdalıda əkim dərinliyi iqlim və torpaq şərtlərinə görə dəyişir. Ümumiyyətlə qarğıdalı 2-3 sm dərinliyə əkilir. Torpaq səthinin quru və isti olması vəziyyətində əkim dərinliyi artırılmalıdır. Quru torpaqlarda toxumu daha nəmli mühitə salmaq üçün gilli torpaqlarda 7-8 sm, lilli torpaqlarda 10-11 sm və qumlu torpaqlarda 12 sm dərinliyə kimi əkilə bilər.
Əkim sıxlığı: Ən uyğun əkim sıxlığı istifadə olunan sort toxum çeşidinə, əkim zamanına, yetişdirmə məqsədinə, yüksəkliyə, iqlimə, sulama miqdarına və torpağın vəziyyətinə görə dəyişir. Çox sıx əkim sütül bağlamayan bitki sayını artırır, dən faizini aşağı salır. Sıx əkilən tarlada bitkinin su və gübrə tələbatı çox yuxarı olur. Çox seyrək əkim isə hektardan alınan məhsul miqdarının azalmasına səbəb olur.
Əkim şəkli:  Qarğıdalı əkimində səpmə və sıraya əkim üsulları istifadə olunur. Ən uyğun əkim üsulu havalı mibzərlə sırayla edilən əkimdir. Sıra arası 70 sm,  bitki arası təyinata və sorta görə 15 və 20 sm məsafədə əkilir.
Qulluq
Qarğıdalı bitkisində ilk 3-5 həftə alaq otunun nəzarətə alma baxımından kritik bir dövrdür. Alaq otlara nəzarətdə əsas prinsip, alaq otunun çıxışını əngəlləmək və ya çıxış əsnasında tədbirlər apararaq bitkiyə verəcəyi zərəri ən aza endirməkdir. Ənənəvi mübarizə və kimyəvi herbisitlə mübarizə alaq otunu nəzarətə almada işlədilən əsas metodlardır. Alaq otlarının növlərinin hamısına təsir göstərə biləcək herbisit olmamaqdadır. Bunun üçün fərqli herbisitlər birləşdirilərək qarğıdalı 4-8 yarpaq olduğu dövrdə qarışım halında və ya ayrı-ayrı və fərqli zamanlarda tətbiq edilə bilər. Qarğıdalı əkinçiliyində alaq otlarını nəzarətə almada müvəfəqiyyət əldə etmək üçün(əkimdən öncə) bir planlamayla, şum üstü dərmanlamaqla ola bilər.
Suvarma
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının 90%-i suvarılan torpaqların payına düşür. Odur ki, suvarılan torpaqların meliorativ vəziyyətini öyrənməklə, suvarılan əkinlərdən yüksək və stabil məhsul götürülməsi üçün, su ehtiyyatlarından daha səmərəli istifadə olunmalı və düzgün suvarma üsulları müəyyən olunmalıdır.  Suvarma üsulunun seçilməsi bitkinin növündən, torpağın xüsusiyyətlərindən, relyefdən , hidrogeoloji və iqlim şəraitindən asılıdır.
Qarğıdalı bitkisi ilin ən isti dövründə yetişən bir bitki olduğundan su sərfiyyatı yüksəkdir. Ölkəmizdə dağətəyi kimi istisna bölgələr xaricində qarğıdalı yetişdirilən bölgələrdə bitkinin inkişaf dövründə düşən yağıntı miqdarı yetərli deyil. Sulama programı hazırlanarkən bölgənin iqlim və torpaq şərtləri, bitkinin görünüşü, inkişaf dönəmi və kök dərinliyi kimi faktorların nəzərə alınması lazımdır. Geniş əkim sahələri üçün ən uyğun suvarma şəkli yağış yağdırma və pivot suvarma sistemləridir.
 Gübrələmə
Ümumiyyətlə əkiləcək sahənin gübrə tələbatını torpağı analiz etməklə mümkündür.
Azotlu gübrələr
Azotlu gübrə tələbatı böyümə periyodu əvvəlində çox yüksək olmur. Azot ehtiyacı əkimin üçüncü həftəsindən birdən artır və saçax əmələ gəlmənin 10 gün əvvəlindən başlayaraq 25-30 gün sonrasına qədər ən yüksək səviyyəyə çatır.
Fosforlu gübrələr
Qarğıdalı bitkisinin fosfor baxımından ən həssas dönəmi mövsüm başlanğıcıdır. Bitki gənc dönəmində (60-65 sm boya çatıncaya qədər) normal böyüməni təmin etmək üçün toxumalarında yüksək faizdə fosfor ehtiyacı duymaqdadır. Bu dönəmdə bitkinin yetərincə fosfor ala bilməsi üçün gübrə mibzərlə (dərmansəpən) sıranın yanına verilməli, ən az 50%-i suda əriyən fosfor gübrəsi verilməli və bir qismi azot, 3-4 qismi P2O5 tərkibli gübrələr seçilməlidir.
Potasyumlu (kalium) gübrələr
Qarğıdalı potassyum ehtiyacı yüksək olan bitkidir. Ancaq potaslı gübrələrin tərkibində yüksək dozada duz konsantrasiyası olduğu üçün çimlənməkdə olan toxumdan 4-5 sm aralıda tətbiq edilməlidir.

Əlavə olaraq sizə təqdim edəcəyimiz bəzi məsləhətlərlə məhsuldarlığı artıra bilərsiniz.Torpağın pH dərəcəsi qarğıdalı məhsuldarlığına təsir edir. Keyfiyyətli qarğıdalı istehsalı pH-ı 6.5-7.5 olan torpaqlarda mümkündür.  Alaq otlarına qarşı tədbirlər görün. Bu, qarğıdalı əkinində çox önəmli faktorlardan biridir. Qarğıdalı çıxışından əvvəl və ya əkilmədən öncə alağa qarşı şuma vurulan herbisit olduqca önəmlidir. Əvvəlcədən verilən gübrələrin qarğıdalıya qalması üçün alaq otlarına qarşı tədbirlər çox vacibdir. Növbəli əkin edin. Növbəli əkin sahədə əkilən bitkilərə aid olan xəstəliklərin tarladan uzaqlaşdırılmasına, torpaq tərkibinin zənginləşdirilməsinə təsir edir. Torpağın ideal hazırlanması. İlk növbədə tarlada hündür-çökək problemi aradan qaldırılmalıdır ki, sular çökək yerə yığlıb qalmasın. Çox nəmli torpaqlarda(palçıq) və aşağı torpaq tempratur əkimləri bitkinin kökünü sıxmaqla bitkilərin eyni səviyyədə inkişafına mane törədən amillərdəndir. Həssas əkim olunmalıdır. Mibzərlə əkin edən traktorçu mexanizator traktoru asta sürməlidir. Havalı mibzərlər üçün ideal surət 5-10 km/saat-dır. Araşdırmalar asta əkimin bitki çıxışına, inkişafına və nəhayət məhsuldarlığa təsirinin yüksək olduğunu göstərmişdir. Gübrələrdən səmərəli istifadə edin. Torpağınızı analiz etdirib hansı gübrəyə ehtiyacı olduğunu təyin edin. Qarğıdalı səpinində toxum torpağa əkilən vaxtı əkim mibzəri ilə NPK-16/16/16 gübrəsinin torpağa verilməsi  məsləhət görülür. Azotlu gübrələri iki və ya üç dəfəyə verin. Əkində verilən azot ştilin yetişməsində, sapa qalxma və böyümə dönəmində verilən azot sürətli boy atmağa, saçax açma dönəmindən əvvəl verilən azot isə fotosintezə və tozlanmağa yardımçı olur. Biçindən sonra bitki qalıqlarını yandırmayın. Organik bitki qalıqları torpağın dəyərlərini yüksəldir, su saxlama qabiliyyətini yaxşılaşdırır, torpağın eroziyaya məruz qalmasının qarşısını alır.
Etibarlı toxumlar üçün Balakən Toxum MMC-yə müraciət edin. Məhsulunuz bol olsun.